Mediasiya Şurasının təşkilatçılığı ilə Azərbaycan Universitetində Sosial iş ixtisası üzrə təhsil alan tələbələrlə görüş keçirilib. Tədbirdə Mediasiya Şurasını Bakı şəhəri üzrə 15 saylı mediasiya təşkilatı təmsil edib. 
QHT.az xəbər verir ki, sosial işin təşkili kafedrasının müdiri Nigar Şahhüseynbəyova tələbələrə ölkəmizdə aparılan mediasiya islahatları və Mediasiya Şurasının yaradılması haqqında məlumat verib.
Bakı 15 saylı Mediasiya Təşkilatının təsisçisi və direktoru Qasım Şaliyev “İşgüzar mühitdə konfliktlər: alternativ metodlar və modellər” mövzusunda məruzə ilə çıxış edib. Tədbirdə mediatorun vəzifələri və mediasiyanın əhəmiyyəti tələbələrin diqqətinə çatdırıb.
Məruzədə mübahisə nədir?, işgüzar mühitdə konflikt yaradan və artıran amillər, mübahisələrin həlli yollarının alternativliyi barədə ətraflı məlumat verilib.


Pərvanə Fərhadqızı