Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Eynulla Xeyrullayev 2025-ci ildə vətəndaş cəmiyyəti sahəsində əldə olunan yeniliklər və nəticələrlə bağlı QHT.az-a açıqlama verib.
Onun sözlərinə görə, 2025-ci il ərzində təşkilat yerli, regional və beynəlxalq səviyyədə bir sıra mühüm tədbir və forumlarda iştirak edib. Belə ki, 24 noyabr 2025-ci il tarixində “Gülüstan” sarayında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və “Ortaq Dəyərlər” İctimai Birliyinin birgə təşkilatçılığı, TİKA-nın dəstəyi ilə keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunda iştirak edilib və yeni tərəfdaşlıqlar qurulub:
"2025-ci il oktyabrın 20-də Xankəndi Konqres Mərkəzində “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunda iştirakımızı xüsusi qeyd edə bilərəm. Çox möhtəşəm hazırlanmış bir forum olaraq daim fəaliyyətimizdə hiss olunacaqdır. 2025-ci il oktyabrın 18-də Şuşa şəhərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “QHT-lərin VI İnkişaf və Mübadilə Proqramı”nda iştirak edərək layihə təkliflərinin hazırlanmasına olan tələblərə cavab verə bilən təlimdə iştirak etdim. Peşəkar təlimçilərin verdiyi yeni bilik və bacarıqlar, təcürbə mübadiləsi gələcəkdə layihələrin hazırlanmasına öz müsbət təsirini göstərəcəkdir.
2025- il fevral-noyabr aylarında "Dayanıqlı gələcək üçün tədbirlər" kursunda iştirak edərək (Beynəlxalq Təhsil Mərkəzi (IBB gGmbH) tərəfindən Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən həyata keçirilən "Azərbaycanda İctimai İştirakın Gücləndirilməsi" layihəsi) beynəlxaq təcrübənin öyrənilməsi, gələcəkdə tədbirlərin təşkili zamanı dayanıqlığın təmin olunmasına yönəlik qaydalar ümumi inkişafa töhfə verəcəkdir. Layihə çərçivəsində Azərbaycandan bir qrup QHT-nın təmsilçisi 02 – 05 iyul 2025-ci il tarixində Gürcüstanın batumi şəhərində və 30 noyabr-04 dekabr 2025-ci il tarixində 10 nəfərlik nümayəndə heyəti ilə Berlində “Dayanıqlı İnkişaf Həlləri” çərçivəsindəgeniş təcürbə mübadilə proqramlarında iştirak etdik".
QHT sədri qeyd edib ki, IMPACT Moldova təşkilatının həyata keçirdiyi “Azərbaycanda vətəndaş iştirakçılığının gücləndirilməsi” layihəsi çərçivəsində onlayn seminar və 21-26 sentyabr 2025- il tarixilərində Moldovo respublikasında təlim və təcrübə mübadilə proqramlarında iştirak etdik. Bütün bu fəaliyyətlər təşkilatımızın inkişafına öz müsbət təsirini göstərəcəkdir:
"27 noyabr 2025-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov bu günlərdə “Gülüstan” sarayında “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu”nun açılışında iştirak etmiş Quba rayonunda fəaliyyət göstərən Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi İctimai Birliyinin, “Vətən Naminə” Şəhid Ailələrinə dəstək İctimai Birliyinin, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin və “Xınalıq” Turizmin İnkişafına Dəstək İctimai Birliyinin rəhbərlərini Rayon İcra Hakimiyyətində qəbul etmişdir. Bu rayonda QHT-lərə göstərilən etimadın, diqqətin təzahürüdür".
QHT sədri bildirib ki, regionda keçirlən bir çox tədbirlərdə “Zəfər” bayramı, “Müstəqllik və suverenlik ili”nə həsr olunmuş, Milli öndərin anım günü və digər rayon və region əhəmiyyətli tədbirlərdə yaxından iştirak etmişik. 2026-cı ildən gözləntilərimiz daha çoxdur. Belə ki, dövlətimiz tərəfindən QHT-lərin fəaliyyətinə olan diqqət və qayğının artıdığını, vətəndaş cəmiyyəti qarşısında qoyulan vəzifələr və əlbətdəki daha çox məsuliyyətli olmağa, daha məhsuldar işləməyə sövq edir:
"Hesab edirik ki, TDT-ları çərçivəsində fəaliyyətlər praktiki mərhələyə keçəcək, təşkilatların birgə görüşləri, sahə səfərləri və layihələri baş tutacaq. Artıq digər istiqamətlərdə də, Qlobal Cənub QHT Platformasında, Ümumdünya Şəhərsalma Forumununda (WUF13) yerli QHT-lərin iştirak imkanları artacaqdır. Görünən odur ki, 2026-cı ildə bizi daha möhtəşəm fəaliyyətlər gözləyir.
Çox arzu edərdi ki, 2026-cı ildə ümumilikdə hər bir QHT-nin evinə çevrilən Quba Regional QHT-lərinin Resurs və Təlim Mərkəzinin ofisi təmir olunaraq regional beyin mərkəzi kimi fəaliyyətini daha keyfiyyətli şəkildə davam etdirəcəkdir. Fəaliyyətimizdə dəstəyi olan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə, bütün tərəfdaşlara təşəkkürürmüzü bildirirk. Qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni 2026-cı il münasibəti ilə hər birinizi təbrik edirəm".












