Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri, hüquqşünas Sahib Məmmədov QHT.az-a açıqlamasında bildirib ki, yeni Əmək Məcəlləsində sosial məzuniyyət növləri əhəmiyyətli dərəcədə genişləndirilib.
QHT.az xəbər verir ki, onun sözlərinə görə, hamiləliyə və doğuşa görə sosial məzuniyyət, həmçinin qismən ödənişli sosial məzuniyyət var. Qadınlar uşağa baxmaq üçün doğuşdan sonra üç ilədək qismən ödənişli sosial məzuniyyətdən istifadə edə bilər, yalnız qadınlar deyil, eyni hüquq ailədə yaşayan ata, ana, nənə, baba və digər yaxın qohumlar da istifadə edə bilər:
"Əmək məcəlləsinə görə kişilər hamiləlik və doğuş dövründə 14 gün ödənişsiz məzuniyyətdən ödənişli məzuniyyətə keçid edə bilərlər və övladlığa götürülmə hallarında da bu hüquqlardan yararlana bilərlər. Qadınlarla bağlı 25 -ə yaxın güzəşt nəzərdə tutulub. Qadınlara 14 yaşına çatmamış iki uşağı və ya əlilliyi olan uşağı olan hallarda əlavə 5 gün məzuniyyət verilir. Hamiləlik dövründə əmək haqqı saxlanmaqla məsləhətxanalara gedə bilərlər. Körpə uşağı üç yaşına kimi süd verməyə görə fasilələr və digər güzəştlər mövcuddur. Praktikada isə bu hüquqların tam tətbiqi çətinliklər yaradır, çünki hazırda müəssisələr fərqli sahələrdə fəaliyyət göstərir və kiçik iş yerlərində bütün güzəştləri tətbiq etmək mümkün olmur".
Pərvanə Fərhadqızı












