“Beynəlxalq Qızıl Xaç Komitəsinin öz üzərinə düşən müəyyən öhdəliklər var ki, biri də Azərbaycan maraqlarını ön planda saxlamaqdır. Lakin 44 günlük gedən Qarabağ müharibəsi zamanı Komitənin öhdəliklərinə sadik olmadığı faktı ilə qarşılaşdıq. Qurum ölkəmizə qarşı ədalətsiz mövqe sərgiləyir”- bu sözləri QHT sədri Vüsalə Hüseynli QHT.az-a açıqlamasında bildirib.
O, qeyd edib ki, Şuşanın azad olunmasına mane olmaq üçün Azərbaycan tərəfinə və Beynəlxalq təşkilatlara döyüşlərin dayandırılması ilə bağlı müraciət etmişdi: “Komitə Ermənistan tərəflərinin maraqlarını müdafiə edir, Azərbaycan ərazisində göstərdiyi fəaliyyətini ofislərindən 8 saatlıq məsafədə olan Yerevan ofisi ilə kordinasiyasiya edir. Onların Bakı ofisindən əlavə 2 regional ofisi də var: Bərdə və Ağdam. Bərdəyə 2 saatlıq məsafədir. Niyə şəffaflıq və dürüstlük nümayiş elətdirib, Bərdə ofisindən istifadə edib öz missiyasını yerinə yetirmir?”
Pərvanə Fərhadqızı












