Bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov Böyük Britaniyanın Southampton universitetinin gənc professoru Kamran Məlikovla görüşüb.
QHT.az xəbər verir ki, rektor Ədalət Muradovun sözlərinə görə, görüşdə növbəti tədris ilində mərkəzin fəaliyyət perspektivlərini müzakirə etdik: “Kamran Məlikov həm də UNEC Mühasibat və Maliyyə Tədqiqat Mərkəzinin rəhbəridir. Görüşdə biz Universitetin elmi potensialının, dünya elm məkanında rolunun artırılması, tanınmış xarici alimlərlə səmərəli əməkdaşlığın qurulması və bütövlükdə Universitetdə elmin inkışafı ilə bağlı faydalı fikir mübadiləsi apardıq. Hörmətli Kamran müəllimə UNEC-ə verdiyi dəyərə və dəstəyə görə təşəkkür edirəm”.
Qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universitetində müxtəlif istiqamətlər üzrə 42 tədqiqat mərkəzi mövcuddur. Universitetin Mühasibat və Maliyyə Tədqiqat Mərkəzi 2022-ci ildə yaradılıb.
Pərvanə Fərhadqızı












