"Bölgələrin sosial-iqtisadi inkişafı və idarəetmə sistemində aparılan islahatlar ölkədə tarazlı və dayanıqlı inkişafın təmin edilməsinə xidmət edir".
QHT.az xəbər verir ki, bu sözləri İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli bildirib. Onun sözlərinə görə, yeni idarəetmə modeli resurslardan daha səmərəli istifadə etməyə, xidmətlərin əlçatanlığını artırmağa və regionlarda iqtisadi fəallığın genişlənməsinə imkan yaradacaq:
"Dövlətin həyata keçirdiyi layihələr, xüsusilə də infrastruktur və məşğulluq proqramları regional həyat səviyyəsinin yüksəlməsinə ciddi təsir göstərir. Bölgələrdə idarəetmənin təkmilləşdirilməsi uzunmüddətli perspektivdə daha güclü yerli iqtisadiyyat və daha balanslı regional inkişafı təmin edəcək".












