Mütəxəssislərin fikrincə, bu ölkədə demək olar ki, istədiyiniz hər cür tətil keçirə bilərsiniz.
QHT.az xəbər verir ki, Wanderlust-un 2025 Readers’ Choice Awards sorğusunda 200 mindən çox səyahət həvəskarı dünyanın ən arzuolunan ölkələrini seçib və birinci yerə Yaponiya layiq görülüb. Çimərliklərdən dağlara, qədim mədəniyyətdən müasir əyləncəyə qədər müxtəlif təcrübələr təklif edən Yaponiya siyahıya rəhbərlik edir. İlk üçlükdə həmçinin Kosta Rika və Kanada qərarlaşıb. Səyahətçilərin seçiminə əsasən ən arzuolunan ilk on ölkə arasında Avstraliya, Peru, Cənubi Afrika, ABŞ, Yeni Zelandiya, Braziliya və Ekvador da yer alıb.
R.İmanov












