16 iyun Şəhid Elçin Həsənlinin doğum günü münasibətilə rayon ictimaiyyəti Xırdalan Şəhidlər Xiyabanını ziyarət edib.

QHT.az xəbər verir ki, burada Abşeron rayon İcra Hakimiyyəti nümayəndələri və digər rəsmi şəxslər iştirak edib.

Məlumat üçün bildirək ki, Şəhid Elçin Həsənli ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhidlərimizin ruhu şad olsun, xatirələrini hörmətlə anırıq!

 

Pərvanə Fərhadqızı