“Sosial Dayaq” İctimai Birliyinin Siyəzən rayonunda həyata keçirdiyi “Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün sosial reabiltasiyanın təşkili” layihəsi davam edir.

Layihə rəhbəri Qərənfil Niftəliyeva QHT.az-a bildirib ki, layihəni Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi maliyyələşdirir: “Təlimlərə valideyinlərin cəlb olunması layihənin səmərəliliyini daha da artırır. Layihə başa çatdığı  zaman  onlar mütəxəssis məsləhəti  ilə uşaqlarına  kömək edə biləcək və öz uşaqları ilə ünsiyyət qurmaq, onlara erkən yardım göstərmək bacarıqları əldə edəcəklər. Valideynlərə uşaqları ilə ev şəraitində necə məşğul olacaqları  barədə  maarifləndirmə işi aparılır”. 

Qərənfil  Niftəliyeva həmçinin qeyd edib ki, təlimlər uşaqların fiziki –mənəvi sağlamlığına və inkişafına dəstək verir, onlarda müsbət dəyişikliklərə səbəb olur: “Təlimlər zamanı uşaqlara ünsiyyət bacarıqları, göz kontaktının qurulması, əl- barmaq hərəkətlərinin aktivləşdirilməsi, yazı və oxu texnikasına hazırlıq, nitq inkişafı, fiziki inkişaf, sosial və özünəxidmət bacarıqları və s. bacarıqlar öyrədilir”.

 

Pərvanə Fərhadqızı