Mindən çox insan təbii fəlakətin qurbanı olub.

QHT.az xəbər verir ki, Sudanın qərbində güclü torpaq sürüşməsi bir kəndi və bütün sakinlərini məhv edib. Yerli mətbuatın məlumatına görə, yalnız bir nəfər sağ qalıb. Təbii fəlakət nəticəsində 1000-dən çox insan həlak olub və bu, Afrika ölkəsinin yaxın tarixinin ən ölümcül təbii fəlakətlərindən birinə çevrilib.

Faciə bir neçə gün davam edən leysan yağışlarından sonra Tarasin kəndində baş verib.

 

R.İmanov