"Prezidentin sərəncamı ilə doktorantlar, ali, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələrinin təqaüdləri artırılıb".
QHT.az xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, yeni artımlar 450 manata qədər yüksəlib, bu ilin beşinci sosial paketinin tərkib hissəsidir və 3 milyon vətəndaşı əhatə edir:
"Sosial paket üçün əlavə 1,4 milyard manat, ümumilikdə isə 16,9 milyard manat ayrılıb. Təqaüd artımları həm sosial müdafiəni gücləndirir, həm də insan kapitalının inkişafına xidmət edir. Növbəti mərhələdə yaşa görə müavinətlərin də artırılması gözlənilir".
Pərvanə Fərhadqızı












