ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı “ABŞ-ı çaşdırmaq üçün sui-qəsd” də daxil olmaqla dörd yeni ittiham irəli sürülüb.

QHT.az xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı “ABŞ-ı çaşdırmaq üçün sui-qəsd təşkil etmək”, “rəsmi prosesi əngəlləmək üçün sui-qəsd yaratmaq”, “rəsmi prosesə mane olmaq cəhdi” və “seçicilərin konstitusiya hüquqlarından istifadə etməsinə mane olmaq” maddələri ilə ittiham irəli sürülüb. Trampın “2020-ci il prezident seçkilərində uduzmasına baxmayaraq hakimiyyətdə qalmaqda qərarlı” olduğu iddia edilən ittihamnamədə keçmiş prezidentin seçkilərin nəticələri ilə bağlı yalanlar yaydığı qeyd edilib.

Trampın avqustun 3-də məhkəmə qarşısına çıxacağı gözlənilir.

 

 

Pərvanə Fərhadqızı