Səudiyyə Ərəbistanı Essam bin Saleh Əl-Cutaylini Azərbaycana səfir təyin edib.
QHT. az Axar.az -a istinadən xəbər verir ki, yeni səfir Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz əs-Səud qarşısında and içib.
O, andiçmə zamanı qeyd edib ki, iki ölkə arasında əməkdaşlığın intensivləşdirilməsinə çalışacaq.
Qeyd edək ki, diplomat Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri vəzifəsində sələfi Həməd bin Abdullah bin Səud bin Xudeyrini əvəz edəcək.












