Ruslar Xersonun mərkəzində kilsəni atəşə tutub, üç nəfər yaralanıb.

QHT.az xəbər veri ki, yaxınlıqdan keçən trolleybusun üç sərnişini yaralanıb. Onlar təcili yardım maşını ilə xəstəxanaya yerləşdirilib. Müqəddəs Yekaterina kilsəsində mərmi atması nəticəsində baş vermiş yanğın söndürülərkən, təkrar atışma baş verib. Baş vermiş yanğının söndürülməsi zamanı 4 xilasedicinin təkrar atəşə tutulması nəticəsində xəsarət aldığı bildirilib. Onların hamısı xəstəxanaya yerləşdirilib, onlara lazımi yardım göstərilir. Xüsusi texnika zədələnib.

 

Pərvanə Fərhadqızı