Almaniyada hərbi personalın işə götürülməsi ilə bağlı çətinliklərin olduğu bildirilir.
QHT.az xəbər verir ki, Almaniyanın müdafiə naziri Boris Pistoriusun sözlərinə görə, bu, Rusiyanın Ukraynada hərbi əməliyyatına başladıqdan sonra Bundesveri gücləndirmək səylərinə mane olur: “Hamı kadr çatışmazlığından danışır və bunu məndən yaxşı heç kim bilmir. Bu il Almaniya ordusuna keçən ilin eyni dövrü ilə müqayisədə yeddi faiz az namizəd qatılıb. Almaniya sursat çatışmazlığı yaşayır və 2031-ci ilə qədər ehtiyatları artırmaq üçün 20 milyard avro investisiya etməyə hazırdır".
Pərvanə Fərhadqızı












