Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində zərər görmüş şəxslərə dəstək məqsədilə “Qardaş Köməyi” Platformasının növbəti konteynerləri Türkiyəyə yola salınıb.

Bu barədə Müasir İnkişaf İctimai Birliyinin sədri Mübariz Göyüşlü QHT.az –a bildirib. O, qeyd edib ki, Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə göndərilən konteynerlərdə içərisində yaşam üçün zəruri olan bütün şərait təşkil olunub: "4 konteyner Türkiyədəki zəlzələ bölgəsinə göndərilib. Fevralın 6-da Türkiyədə baş verən şiddətli zəlzələdən dəhral sonra Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin Azərbaycan şöbəsi (MÜSİAD Azərbaycan), Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB), Gəncliyə Yardım Fondu (GYF), Müasir İnkişaf Birliyi, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB), Azərbaycan Sahibkarlar Konfederasiyası, Azərbaycan Əczaçılar Klubu, KOBSKA,Türkiyə Məzunu Ziyalılar və İş Adamları Platformu, Türkiyə Universitetləri Məzunları İctimai Birliyi, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə Birliyi eləcə də bir sıra ictimai birliklərin dəstəyi ilə “Qardaş Köməyi” platforması təsis edilib”.

 

Pərvanə Fərhadqızı