Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yanında İctimai Şuranın yeni tərkibinin formalaşdırılması üçün seçki elan edilib. Seçki komissiyasının qərarı ilə İctimai şuranın üzvlərinin sayı 7 nəfər müəyyən edilib.

Qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti institutlarının nəzərinə çatdırılır ki, Agentlik yanında ictimai şuranın fəaliyyətində iştirak etmək istəyənlər 22 iyun 2023-cü il tarixindən 20 iş günü müddətində Agentliyin Seçki Komissiyasına müraciət edə bilərlər. Müraciət etmək üçün son tarix 24 iyul 2023-cü il saat 18:00-da başa çatır.

“İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə əsasən, vətəndaş cəmiyyəti institutu müraciətinə İctimai şuranın üzvlüyünə irəli sürdüyü namizəd barədə müvafiq sənədləri əlavə etməlidir.

Hər bir vətəndaş cəmiyyəti institutu İctimai şuranın üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər.

 

Pərvanə Fərhadqızı