“Qarşılıqlı əlaqələr prosesində yaranmış bəzi ictimai münasibətləri möhkəmləndirmək və tənzimləmək insan cəmiyyəti üçün həyati əhəmiyyətlidir. Bunlar ilk növbədə elə münasibətlərdir ki, yarandığı zaman istər ayrı-ayrı fərdlərin, qrupların, istərsə də bütövlükdə cəmiyyətin ən əsas tələbatı ödənilir. Bu münasibətlərin möhkəmlənməsi və tənzimlənməsi vasitələri sosial normalar və institutlardır. Sonuncular, insanlar kimi, tarixi inkişaf prosesində daha mükəmməl formalar alaraq davamlı dəyişirlər”. - bu sözləri QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İsrail İsgəndərov bildirib.

O qeyd edib ki, bu institutlardan biridə Vətəndaş cəmiyyətinin tərkib hissəsi olaran QHT-lərdir: “QHT-lərin cəmiyyətdə əsas rolu vətəndaşların tələbatının ödənilməsi istiqamətində onların öz potensial qüvvələrinin səfərbər edilməsindən, bu yöndə vətəndaş şüurunun artırılması və işlək mexanizmlərin formalaşdırmasından ibarətdir. Bu işdə isə QHT-lərin əsas partnyorları hökumət qrumları və biznesdir. Bu gün hər bir biznes qurumu cəmiyyətə və ətraf mühitə təsir edən qərarlarında və fəaliyyətlərində şəffaflığı təmin etməlidir. Həmçinin ictimai təşkilatlarla ümumi sosial problemlərin həllində tərəfdaşlığın qurulmasında maraqlı olmalıdırlar. Biznes qurumlarının bu istiqamətdə fəaliyyətinin qurulmasında QHT-lər onlarla daha yaxın əməkdaş qismində iştirak edə bilərlər”. – deyə vurğulayıb.

 

Pərvanə Fərhadqızı