Azərbaycan Dövlət İqtisad Universitetində təhsil almaq istəyən abituriyentlərin ixtisas seçiminə köməklik göstərilməsi məqsədilə Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəal könüllü tələbələrindən ibarət "UNEC Abituriyent Məsləhət Mərkəzi" fəaliyyət göstərəcəkdir.

QHT.az xəbər verir ki, abituriyentlər 15- 25 avqusta tarixlərində "Elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiqedilmə qaydası, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məqamlar, eləcə dəuniversitetdə tədris olunan ixtisaslar barədə ətraflı məlumat almaq üçün “UNEC Abituriyent Məsləhət Mərkəzi"nə müraciət edə bilərlər.

Qeyd edək ki, Mərkəz ödənişsiz əsaslarla həftə içi hər gün III tədris binasında saat 10:00-dan 16:00-a qədər, onlayn isə hər gün fəaliyyət göstərəcək.

 

Pərvanə Fərhadqızı