Ümumdünya Səhiyyə Təşkilatı bu gün xəbərdarlıq edib ki, Qəzza zolağında səhiyyə sistemi bərpa olunmazsa, bombardmanlardan daha çox insan xəstəlikdən ölmək riski daşıyır.

QHT.az xəbər verir ki, sözçü Marqaret Harris Cenevrədə BMT-nin brifinqində bildirib ki, səhiyyə sistemini yenidən qura bilməsək, bombardmanlardan daha çox xəstəlikdən öləcəyini görəcəyik. O, yoluxucu xəstəliklərin artması ilə bağlı narahatlığını ifadə edərək, ÜST-nin körpələr arasında ishal hallarının çox yüksək olduğunu qeyd edib.

 

R.İmanov