Bu gün Xocavənd rayonunun Xocavənd kəndinə köçlə bağlı püşkatma mərasimi baş tutub.

QHT.az xəbər verir ki, bu barədə məlumatı Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin rəhbəri Anar Xəlilov bildirib. Onun sözlərinə görə, mərasim zamanı Xocavəndlilər Ali Baş Komandana, Azərbaycan Ordusuna və qazilərimizə dualar edib, şəhidlərimizin xatirəsi yad olunub. İctimai Şura sədri kimi püşkatma prosesini müşahidə edən Anar Xəlilov qeyd edib ki, püşkatma qaydalara uyğun, şəffaf şəraitdə keçirilib.

Yurdlarına qayıdan keçmiş məcburi köçkünlər İctimai Şura adından təbrik olunub.