Özbəkistan Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının Xorəzm vilayəti üzrə regional bölməsinin təşəbbüsü ilə qeyri-hökumət təşkilatları arasında qarşılıqlı təcrübə mübadiləsinin təşkili məqsədilə Uşaqların və ailələrin dəstəklənməsi Assosiasiyasının Xorəzm vilayəti üzrə regional bölməsi ilə əməkdaşlıq çərçivəsində “Özbəkistanda “Uşaq Hüquqları haqqında Konvensiya”nın praktikada tətbiqində Uşaqların və ailələrin dəstəklənməsi Assosiasiyasının Xorəzm vilayəti üzrə regional bölməsinin təcrübəsi” mövzusunda seminar təşkil olunub. Seminarda vilayətdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

QHT.az xəbər verir ki, seminar zamanı “Uşaq Hüquqları haqqında Konvensiya”nın əsas prinsipləri, onun Özbəkistan Respublikasının milli qanunvericiliyindəki yeri və praktikada tətbiqi məsələləri müzakirə edilib. Xüsusilə uşağın maraqlarının üstünlüyü, ayrı-seçkiliyə yol verilməməsi, uşağın fikrinin nəzərə alınması prinsiplərinin həyata keçirilməsi ilə bağlı praktiki nümunələr təqdim olunub.

Seminarın sonunda uşaqların hüquqlarının təmin edilməsi sahəsində dövlət orqanları ilə qeyri-hökumət sektoru arasında əməkdaşlığın daha da gücləndirilməsi, mütəxəssislərin ixtisaslarının artırılması, həmçinin assosiasiyanın təcrübəsinin geniş şəkildə yayılması ilə bağlı təklif və tövsiyələr hazırlanıb.