Rusiyada yeni doğulmuş uşaqlarda irsi xəstəliklərin müəyyən edilməsi üçün yeni test sistemi qeydiyyata alınıb, bu barədə Rusiyanın baş naziri Mixail Mişustin bildirib.
QHT.az xəbər verir ki, onun sözlərinə görə, hüceyrə texnologiyalarına əsaslanan dərmanlar hazırlanır: "Yenidoğulmuşlar üçün bir test sistemi artıq qeydiyyata alınıb. O, körpənin həyatının ilk günlərində 2,5 minə yaxın irsi xəstəliyi aşkar edə bilir. Oynaq xəstəlikləri və sınıqlarının müalicəsi üçün toxuma mühəndisliyi məhsullarının klinik sınaqları da tamamlanmaq üzrədir. Xəstələrin geniş spektri belə terapiya ala biləcək".
Pərvanə Fərhadqızı












