Nurdan Köktürk qeyd edib ki, dünyada hər il təxminən 2,5 milyon yeni ağciyər xərçəngi diaqnozu qoyulur və bu xəstəlikdən 1,8–2 milyon insan həyatını itirir.
QHT.az xəbər verir ki, ağciyər xərçəngi kişilərdə xərçəngdən ölümün əsas, qadınlarda isə aparıcı səbəblərindən biridir və xəstələrin yarıdan çoxu gec mərhələdə aşkar olunur.
Ən mühüm risk faktoru siqaret və tütün məhsullarıdır, bununla yanaşı hava çirkliliyi və peşəkar zərərli təsirlər də böyük rol oynayır. Erkən mərhələdə diaqnoz qoyulduqda 5 illik sağ qalma 60%-dən yuxarı olsa da, irəliləmiş mərhələlərdə bu göstərici kəskin azalır. Mütəxəssislər yüksək risk qrupunda olan şəxslər üçün aşağı dozalı KT müayinələrinin vacibliyini vurğulayır. Qorunma üçün tütündən imtina, sağlam həyat tərzi və ictimai maarifləndirmə əsas prioritetlər hesab olunur.
R.İmanov












