Çərşənbə günü La-Manş boğazında batmağa başlayan miqrant qayığından xilas edilən 39 nəfər arasında 12 uşağın olduğu məlum olub.

 

QHT.az xəbər verir ki, insidentdə ölən 4 nəfər arasında bir yeniyetmənin də olduğu, itkin düşən əlavə 4 nəfərin axtarışlarının isə davam etdiyi bildirilib.

 

Onlar İngiltərə və Fransa arasında donmuş sularda batmağa başlayan dolu bir gəmidə idilər.

 

Xilasetmə işlərinə yaxınlıqdakı balıqçı qayığında olan ekipajlar və qayıqlar kömək edib.

 

Hələ də itkin düşmüş 4 nəfərin axtarışı pilotsuz təyyarələr ilə aparılır.

 

Qeyd edək ki, miqrantların məqsədi qeyri-qanuni yolla Avropaya köçmək olub.