Ginnesin Rekordlar Kitabı dünyanın ən qısa boylu insanının adını açıqlayıb. Boyu 65 santimetr olan kişinin ağır olduğu üçün smartfon daşıya bilmədiyi açıqlanıb.
QHT.az xəbər verir ki, Afşin Esmaeil Ghaderzade Ginnesin Rekordlar Kitabı tərəfindən ən qısa boylu insan seçilib.
Boyu 65,24 santimetr olan 20 yaşlı oğlanın çəkisi cəmi 6,5 kiloqramdır.
Bu gəncin xəyalı isə dünyanın ən hündür tikilisi olan Bürc Xəlifəni görmək olub.
Rekordun yeni sahibi olmaq üçün Dubayda Ginnes rəsmiləri ilə görüşən Qədirzadənin bu arzusu gerçəkləşib.
Onun rekordu 24 saat ərzində müəyyənləşib.












