İsveçdə zoopark 3 şimpanzeni güllələyib, digər birini isə yaraladığına görə tənqid olunub.

 

Daha sonra Furuvikdəki zoopark, heyvanları vurmaq əvəzinə onları sakitləşdirməyə çalışmağın insanların həyatı üçün təhlükə yarada biləcəyini izah etməyə çalışdı.

 

Vurulan üç şimpanze İsveçdə xalq tərəfindən yaxşı tanınırdı və onların ölüm tərzi təbii olaraq, şok və qəzəb doğurdu.

 

Hadisədən sonra onları bir neçə ildir tanıyan tədqiqatçı Mathias Osvat bu meymunların heç bir real təhlükə yarada bilməyəcəyini iddia etdi.

 

İnsident çərşənbə günü şimpanzelərin qəfəsdən çıxıb zooparkın ətrafında sərbəst gəzməyi ilə başlayıb.

 

Onların necə qaça bildikləri məlum deyil.