Hamilə qadını qaçıraraq 3 həftə kilid altında saxlayan şəxs polis basqını ilə nəzarətə alınıb. Polis hadisənin təfərrüatlarını ictimaiyyətlə paylaşarkən, təcavüzkarın fotoları günün ən çox danışılan mövzularından birinə çevrilib.
ABŞ-ın Miçiqan ştatı ağlasığmaz adam oğurluqları ilə məşhur bölgəsidir.
20 yaşlı hamilə qadını 3 həftə ərzində qaçıraraq təcavüz edən şübhəli polisin basqında yaxalanıb.
20 yaşlı hamilə qadın həmin həftə evindən qovulub. Evsiz qalmışdı və qalmağa yer axtarırdı. Adının Maykl Entoni Barajas olduğu bildirilən 36 yaşlı şübhəli qadının çarəsizliyindən istifadə edib. Onu qaçırıb və 3 həftə ərzində döymüş və ya təcavüz etmişdir.
"Genesee" polis dairəsinin şerifi Kris Svanson, hadisənin narahatedici təfərrüatlarını izah etdiyi mətbuat konfransında şübhəlinin fotoşəkillərini paylaşaraq, "Bu adam bir canavardır" ifadələrini səsləndirmişdir.












