Yaşıllıqlar hər kəsə rahatlıq və zövq verir. Psixoloqlar da yaşıllığın insanı sakitləşdirdiyini və əsəblərə yaxşı təsir göstərdiyini deyir. Güllər hər dövrdə yaradıcılıqla məşğul olanların ilham mənbəyi olub. Gül-çiçəklərə qulluq isə onlara tamaşa etməkdən daha maraqlı və zövqoxşayandır. Bu iş insandan böyük səbir və zəhmət tələb edir. Güllərin insan aurasına təsiri də yüksəkdir. Güllərə düzgün qulluq göstərilsə, onlar öz gözəlliyini və faydalılığını insanlardan əsirgəməz.

QHT.az  bu videoda “Mədəni İnkişaf Mərkəzi” ictimai birliyinin sədri Gəray Əlibəylinin təbiət ilə olan münasibətini və güllərə olan məhəbbətini təsvir edib. Onun güllərə qulluq etməsi, insanların təbii gözəlliyə olan sevgisinin bir təzahürü kimi tərəqqi edir. QHT sədri təbiətin zənginliyi, əkib, becərdiyi rəngarəng gül, çiçəklərinin gözəlliyini və unikal formasını vurğulayır: “Güllərimdən birinin adını Xocalı qoymuşam, çünki ləçəkləri üzərində qan rəngində nöqtələr olur, böyüdükcə dağılır, rəngli güllər yaranır. İnanın ki, bəlkə də heç bir dövlətin ətrinin iyisi, bunun kimi xoş olmaz. Zəhmət hər yerdə, hər vaxt öz gözəlliyini göstərir və insanı darıxmağa qoymur”.

 

 

Pərvanə Fərhadqızı