Argentinada YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilmiş Los Alerces Milli Parkı yanır.
QHT.az xəbər verir ki, Milli parkın fövqəladə hallar xidmətinin rəhbəri Mario Kardenasın sözlərinə görə, yanğın hazırda onun bütün ərazilərində aktivliyini davam etdirir, təxminən min hektardan çox ərazi artıq zərər çəkib. Yanğının söndürülməsinə 250-dən çox yanğınsöndürən cəlb olunub. Los Alerces Milli Parkı 1937-ci ildə yerli təbiət mənzərələrini qorumaq üçün yaradılmışdır. 2017-ci ildə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Parkda ölkənin ən böyük Fitzroy meşəsi - yalnız Çili və Argentinada bitən nəhəng iynəyarpaqlı ağaclar yerləşir.
Pərvanə Fərhadqızı












