İtaliyanın məşhur Polignano a Mare qəsəbəsində 23 yaşlı gəncin qayalıqdan tullanarkən həyatını itirməsindən sonra yerli hakimiyyət turistləri ehtiyatsız davranışdan çəkinməyə çağırıb.

QHT.az xəbər verir ki, hadisənin Red Bull-un peşəkar dalğıclar yarışından ilhamlanan turistlərin təhlükəli addımlarından qaynaqlandığı bildirilir. Şəhər Şurasının prezidenti Anna De Donato gənclərə xəbərdarlıq edərək, “Həyat kövrək bir hədiyyədir, daha çox ehtiyatlılıq və özümüzə hörmət lazımdır” deyib.

R.İmanov