ABŞ-ın Yuta ştatında 5-i uşaq olmaqla 8 nəfər güllələnərək öldürülüb.
Xəbərdarlıq üzərinə həmin evə basqın edən polis 8 nəfərin cansız bədəni ilə qarşılaşıb.
İlk məlumat olaraq qurbanların güllələnərək öldürüldüyü bildirilir.
Polis ərazidə davam edən təhlükə və ya şübhəli şəxsin olmadığını bildirib.
Hadisə ilə bağlı araşdırmaya başlayan qruplar qatilin kimliyi ilə bağlı heç bir məlumat paylaşmayıb.












