Hindistanda hərəkətdə olan sərnişin qatarına minmək istəyərkən sürüklənən şəxs polis tərəfindən son anda xilas edilib.

QHT.az xəbər verir ki, Hindistanın Bihar əyalətindəki Purnea Dəmiryol Stansiyasında hərəkət edən sərnişin qatarına minmək istəyən şəxs sürüklənməyə başlayıb.

Hadisə yerində olan və vəziyyəti görən polis Sanjeev Kumar Singh müdaxilə edib.

Təhlükəsizlik kamerasına əks olunan hadisədə hərəkətdə olan qatardan yapışaraq sürüklənən sərnişin polis və ətrafdakıların müdaxiləsi ilə relslərə düşməkdən son anda xilas edilib.