İkinci Dünya Müharibəsi zamanı nasist əsgərlərinin qarət etdiyi milyonlarla dollarlıq xəzinələrin harada gizləndiyini göstərən xəritə ilk dəfə ictimaiyyətə açıqlanıb.
QHT.az xəbər verir ki, on illərdir Hollandiya Milli Arxivində saxlanılan Xəritə İkinci Dünya Müharibəsi ilə bağlı yüzlərlə sənədlə birlikdə ilk dəfə nümayiş etdirilib.
Bu gün bütün dünyanın diqqətini çəkən sənəddə nasist əsgərlərinin 1944-cü ildə Arnhem döyüşü zamanı oğurlanmış qiymətli əşyalar yığınını harada gizlətdikləri göstərilir.
Xəritəyə görə, Hollandiyanın orta Gelderland bölgəsindəki Ommeren kəndi yaxınlığında zinət əşyaları və brilyantların olduğu düşünülən qiymətli əşyalar basdırılıb.
Hollandiya Milli Arxivindən bildirib ki, Arnhemin müdafiəsi zamanı Rotterdamsche Bankında partlayış baş verib və nasist əsgərləri qənimətləri götürərək hadisə yerindən qaçıblar.
Milyonlarla dollar dəyərində olduğu düşünülən qənimətlə bağlı üç əsas ssenari gündəmdədir;
1. Qənimət xəzinə ovçuları tərəfindən tapılıb
2. Təsadüfən tapılmış olması və bildirilməməsi
3. Nasist əsgərlərin müharibə bitməmiş bölgəyə gedib qənimətləri geri alması ehtimalı












