ABŞ Ukraynaya təxminən 400 milyon dollar dəyərində növbəti hərbi yardım paketi hazırlayır. Buraya NASAMS üçün daha çox sursat, həmçinin Patriot raketdən müdafiə sistemləri və HIMARS reaktiv yaylım atəşi sistemləri üçün sursatlar daxil olacaq.

QHT.az xəbər verir ki, yeni paketdə həmçinin daha çox artilleriya sursatları və Javelins və TOW raketləri kimi tank əleyhinə silahlar olacaq. Səlahiyyətlilər paketin hələ təsdiqlənmədiyini və dəyişdirilə biləcəyini də xəbərdar etdi. Lakin kaset sursatları bu dəfə orada olmayacaq.

 

Pərvanə Fərhadqızı