Braziliyada BMT-nin iqlim sammitində güclü yanğın baş verib, nəticədə 13 nəfər tüstüdən zəhərlənərək xəsarət alıb və tədbir iştirakçıları təxliyə olunub.
QHT.az xəbər verir ki, hadisə noyabrın 20-də Belimdə danışıqların yekunlaşmasına iki gün qalmış pavilyonların birində başlayıb və qısa müddətdə bir neçə bölməyə yayılıb. Yanğın bir neçə dəqiqə ərzində söndürülüb, lakin sammit keçirildiyi məkan təxminən yeddi saat bağlı qalıb və bütün sessiyalar dayandırılıb.
Rəsmilər yanğının səbəbi kimi generator nasazlığı və ya kommunal kabinədə qısaqapanma ehtimalını göstərirlər.












