Beynəlxalq Cinayət Məhkəməsi Vaqner qrupunun cinayətlərinə görə Rusiya prezidenti Vladimir Putinin həbsi üçün yeni orderlər verə bilər.

QHT.az xəbər verir ki, ekspertlərə görə Vaqner Qrupunun muzdlularının liderinin üsyan cəhdindən sonra Rusiya prezidenti Vladimir Putin yaraqlılar qrupunun tamamilə Rusiya büdcəsindən maliyyələşdiyini etiraf etdi. Bu bəyanat Beynəlxalq Cinayət Məhkəməsinin prokurorlarına kütləvi cinayətləri araşdırmaq üçün yeni imkanlar açır. Vaqner yaraqlılarının hərbi cinayətləri və bu cinayətlər ilə Putin də daxil olmaqla Rusiya rəhbərliyi arasında birbaşa əlaqə yaradır.

Beləliklə, yeni həbs orderləri ilk növbədə Beynəlxalq Cinayət Məhkəməsi prokurorunun hərəkətlərindən asılıdır.

 

Pərvanə Fərhadqızı