Rusiya Federasiyasından Macarıstana 11 ukraynalı hərbi əsir aparan təyyarə iyunun 7-də Rusiyadan deyil, Türkiyədən Budapeştə gəlib.

QHT.az xəbər veri ki, Rusiya əvvəllər də bu ölkə vasitəsilə məhbus mübadiləsi aparırdı. Daha incə və mühüm məhbus mübadiləsi Türkiyə vasitəsilə həyata keçirilir. Ukrayna hərbçiləri macar soyadlarına malik olsalar da, onlardan yalnız biri macarca danışırdı və ikili vətəndaşlıq daşıyırdı. Ukrayna Əsirlərinin İşləri üzrə Departamentinin sözçüsü Petro Yatsenko təsdiqləyib ki, 11 nəfərin hamısı macar mənşəlidir, lakin Ukrayna dövlətinin və Ukrayna xalqının nümayəndələridir. “Ya Rusiya tərəfi onları Macarıstana təhvil verərək onları azad edəcək, ya əsgərlər hərbi əsir kimi Macarıstana təhvil veriləcək, ya da Macarıstan onları azad edə bilər”, - beynəlxalq hüquqşünas Tamas Hoffman əlavə edib.

 

Pərvanə Fərhadqızı