Yanvarın 31-də axşam Argentina polisi qiymətlərin əhəmiyyətli dərəcədə artmasına səbəb olan ölkə prezidenti Xavyer Milinin “şok” islahatıyla razılaşmayanlara qarşı gözyaşardıcı qazdan istifadə edib.
QHTaz xəbər verir ki, fəallar təhlükəsizlik qüvvələrinin döyülməsi və gözyaşardıcı qazdan istifadə etməsi barədə mətbuata məlumat veriblər. Təhlükəsizlik qüvvələri ilə toqquşma nəticəsində azı 6 nəfər saxlanılıb. Nəşrin məlumatına görə, saxlanılanlardan biri Çili əsilli 30 yaşlı kişidir, o, hüquq-mühafizə orqanının əməkdaşına müqavimət göstərməkdə və ona hücum etməkdə ittiham olunur. Saxlanılanların qalan hissəsi qadınlardır. Onlar polisin əmrinə tabe olmaqdan imtina ediblər.
Etirazçılar islahatlara baxılarkən Konqresin qarşısında toplaşmağa başlayıblar. Müzakirələr davam etdikcə parlament binası qarşısında gərginlik artmağa başlayıb, hüquq-mühafizə orqanları əməkdaşları ilə etirazçılar arasında toqquşma olub. Dekabr ayında Miley iqtisadiyyatı liberallaşdırmaq üçün 300-dən çox islahat haqqında fövqəladə fərman imzaladı, onlar bütün sahələrə təsir edir və xərclərin ciddi şəkildə kəsilməsini nəzərdə tutur.
Pərvanə Fərhadqızı












