Uşaq Səfirlər Məclisinin üzvləri Türkiyənin “Çocuk Danışma Kurulu”nun ilk iclasında iştirak edir.

QHT.az xəbər verir ki, uşaq iştirakçılığının artırılması və liderlik bacarıqlarının inkişaf etdirilməsi məqsədilə təşkil olunmuş iclas Türkiyə Respublikasının İstanbul şəhərində keçirilir. 

Qeyd edək ki, Avropa İttifaqının Türkiyə Nümayəndəliyi tərəfindən dəstəklənən və Beynəlxalq Uşaq Mərkəzi tərəfindən həyata keçirilən “Rəqəmsal Dünyada Uşaqlara Qarşı Zorakılıqla Mübarizədə Uşaqların Gücləndirilməsi: Uşaq İştirakçılığı və Sub-Qrantla Uşaq Hüquqlarının Dəstəklənməsi” layihəsi çərçivəsində, həm uşaqları rəqəmsal mühitlərdə zorakılıqdan qorumaq üçün gücləndirmək, həm də rəqəmsal vətəndaşlar kimi uşaqların hüquqlarını həyata keçirmək üçün “Çocuk Danışma Kurulu” yaradılıb. Layihə çərçivəsində 18 nəfərdən ibarət “Çocuk Danışma Kurulu” fəaliyyətə başlayıb. 

 

Pərvanə Fərhadqızı