Hemofiliya Xəstələrinin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov QHT.az-a bildirib ki, Vyanada 3-6 oktyabr tarixlərində 47 ölkəni birləşdirən Avropa Hemofiliya Konsorsiumunun elmi beynəlxalq konfransı öz işinə başlayır.
QHT sədri qeyd edib ki, konfrans Avropanın tanınmış həkimlərini, alimlərini və pasiyent nümayəndələrini bir araya gətirir. Tədbirdə hemofiliya və digər qan laxtalanma problemləri ilə bağlı ən son tədqiqatlar, müalicə üsulları və praktiki yanaşmalar müzakirə olunacaq.
Ayaz Hüseynov əlavə edib ki, belə beynəlxalq tədbirlər Azərbaycanda hemofiliya və digər koaqulopatiya xəstəliklərdən əziyyət çəkən vətəndaşların müalicəsi və sosial dəstəyinin gücləndirilməsi üçün də vacib töhfə verməyinə zəmin yaradır.
Pərvanə Fərhadqızı












