Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının idarə heyətinin sədri Ayaz Hüseynov QHT.az-a açıqlamasında bildirib ki, Avropa Hemofiliya Konsorsiumunun təşkilatçılığı ilə Avstriyanın paytaxtı Vyana şəhərində beynəlxalq elmi konfrans keçirilir.

Konfransda Avropanın tanınmış həkimləri, alimləri və pasiyent təşkilatlarının rəhbərləri iştirak edərək hemofiliya və digər koaqulopatiyaların multidisiplinar müalicəsi sahəsində son yenilikləri müzakirə edirlər.

Ayaz Hüseynov qeyd edib ki, Azərbaycandan Avropa Hemofiliya Konsorsiumuna yeganə və rəsmi üzv kimi iştirak edir:

"Bu tədbirdə tibbin ən yeni nailiyyətlərini öyrənərək vətənə geri dönəcəyəm. Məqsədimiz ölkəmizdə hemofiliyalı xəstələrin müalicəsinin keyfiyyətini beynəlxalq təcrübə əsasında daha da yüksəltməkdir."

 

Pərvanə Fərhadqızı