QHT.az xəbər verir ki, “Səma və Eko Sosial-İqtisadi İnkişafa Yardım” İctimai Birliyinin sədri İradə Həsənova 4 oktyabr – Ümumdünya Heyvanlar Günü ilə bağlı açıqlama verib.

O bildirib ki, bu günün məqsədi heyvanların müdafiəsini, onların həyat hüququna hörməti və rifahının artırılmasını təşviq etməkdir. İradə Həsənova vurğulayıb ki, heyvanların dərisi üçün öldürülməsi, tibbi və kosmetik təcrübələrdə istifadə edilməsi, əyləncə məqsədilə ovlanması onların hüquqlarının pozulmasıdır.

“Heyvanlar bizim ən yaxşı dostlarımızdır. Onların sevgiyə, şəfqətə ehtiyacı var. Hər kəs sadəcə bir kasa su və yeməklə belə bir canlının həyatını xilas edə bilər. İnsanların heyvanlara əşya kimi deyil, canlı kimi yanaşmasının vacibliyini vurğulayaraq, təbii tarazlığın qorunduğu və bütün canlılarla harmoniya içində yaşanılan bir dünya arzusu etdiyini bildirib".

 

Pərvanə Fərhadqızı