Portuqaliyanın baş naziri Antonio Kosta korrupsiya araşdırması fonunda istefa verib. Baş nazirin istefası ilə əlaqədar ölkə prezidenti Marselo Rebelo de Sousa Dövlət Şurasını çağırıb.
QHT.az xəbər verir ki, bir gün əvvəl Montaleqredə litium kəşfiyyatı layihələri və hidrogen zavodunun tikintisi ilə bağlı iş çərçivəsində Kostanın iqamətgahında axtarışlar aparılıb. Axtarışlar nəticəsində Kosta administrasiyasının rəhbəri Vitor Eskaria da daxil olmaqla azı 5 nəfər saxlanılıb. Qeyd olunur ki, işdə energetika naziri Joao Qalamba da ittiham olunur.
İstintaqla əlaqəsi olan məmurlar vəzifə səlahiyyətlərindən sui-istifadədə, aktiv və passiv korrupsiyada və nüfuzlu ticarətdə şübhəli bilinirlər.
Pərvanə Fərhadqızı












