“Azərbaycan Qadınlarının Haqlarının Müdafiəsi” İctimai Birliyi 20 illik fəaliyyətini qeyd edir. Qurum 28 sentyabr 2005-ci ildə rəsmi qeydiyyatdan keçib.
Birliyin əsas məqsədi dünyanın hər yerinə səpələnmiş Azərbaycan qadınlarını bir araya gətirmək, onların fəaliyyətini Azərbaycan ərazisinin bütövlüyünün qorunmasına, qadınlara qarşı hər cür zorakılığa, milli və mənəvi ədalətsizliyə son qoyulmasına yönəltməkdir.
Hazırda təşkilata İradə Nesirova sədrlik edir. İctimai birlik bu 20 il ərzində qadın hüquqlarının müdafiəsi və sosial fəallığın artırılması istiqamətində çoxsaylı layihələr reallaşdırıb.
QHT.az kollektivi adından “Azərbaycan Qadınlarının Haqlarının Müdafiəsi” İctimai Birliyini 20 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, gələcək fəaliyyətində yeni uğurlar arzulayırıq.












