Uzun illər həkim-cərrah kimi xalqına xidmət edən, eyni zamanda ictimai fəaliyyəti ilə də tanınan “Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin sədri Akif Kərimovun 75 illik yubileyidir.

QHT sədri peşəkar fəaliyyəti, xeyirxah təşəbbüsləri və insanlara qayğı ilə yanaşması ilə həm səhiyyə sahəsində, həm də ictimai müstəvidə dərin iz qoyub. Onun rəhbərlik etdiyi “Kür-Xəzər” Xeyriyyə İctimai Birliyi illərdir ehtiyacı olan insanlara dəstək göstərərək, sosial həmrəyliyin möhkəmlənməsinə töhfə verib. 75 illik ömür yolunda qazandığı nüfuz, gördüyü işlər və insanlara sevgi ilə yanaşması Akif müəllimi həm peşəkar, həm də xeyriyyəçi kimi cəmiyyətdə hörmətli simaya çevirib.

QHT.az kollektivi olaraq, Akif Kərimovu bu əlamətdar yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür və fəaliyyətində yeni uğurlar arzulayırıq.

Yubileyiniz mübarək!