Azərbaycan Vətəndaş Cəmiyyəti nümayəndələri BMT-nin Qadınların Statusu Komissiyasının 68-ci sessiyasında iştirak edir.

QHT.az xəbər verir ki, "Əlil Qadınlar Cəmiyyəti" İctimai Birliyinin sədri Məhluqə Rəhimova və "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyininin sədr müavini Nədimə Rəhimli Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində keçirilən BMT-nin Qadınların Statusu Komissiyasının 68- ci sessiyasında vətəndaş cəmiyyəti nümayəndəsi olaraq təmsil olunurlar.

Qeyd edək ki, Komissiya BMT-nin gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi üzrə ən böyük yığıncağıdır.

Sessiyanın bu ilki əsas mövzusu yoxsulluğun aradan qaldırılması məqsədilə gender bərabərliyinə nail olunması və qadın-qızların səlahiyyətlərinin artırılmasının sürətləndirilməsi, eyni zamanda gender perspektivi baxımından institutların və maliyyələşdirmənin gücləndirilməsidir.

Sessiya işini 11-22 mart tarixlərində davam etdirəcək.