“Ümumdünya səhiyyə təşkilatının statistikasına əsasən ölkədə vərəm ilə bağlı stiqma (əsassız olaraq vərəm miflərinə köklənib damğalanan) əmsalı 98 % və Azərbaycanın vərəm yükü ən yüksək olan 30 ölkə arasında yer alması bu gün dövlət və qeyri dövlət strukrturlarının birgə çalışaraq, dünya miqyaslı pandemiya ilə ciddi mübarizə aparmasına çağırışdır. Forumun təşkilinin ən üstün cəhətlərindən biri hər xəstəlik ilə bağlı həm ixtisasçı həkimin, eyni zamnda da həmin sahə üzrə ixtisaslaşıb fəaliyyət göstərən qeyri hökumət təşkilatının birgə rəyi üzərindən çıxış edilərək bu gün mövcud olan problemin ictimaiyyətə və eləcə də dövlət strukturlarına çatdırılmasından ibarət idi”.
QHT.az xəbər verir ki, bu fikirləri “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyinin sədri Çingiz Ramazanlı dekabrın 23-də dövlət səhiyyə qurumlarını, Millət vəkilləri, həkimlər, media nümayəndələri, Vətəndaş cəmiyyəti nümayəndələri və müxtəlif ağır xəstəliklərdən əziyyət çəkən pasiyentlərlə birgə Pasiyet Təşkilatlarının III Respublika Forumunda çıxışı zamanı bildirib. QHT sədri çıxışı zamanı vərəm xidmətlərinə çıxışın təkmilləşməsi üçün maddi texniki bazaya ehtiyyac, müalicə zamanı yan təsirləri dəf etmək üçün dərman preparatlarına tələbatın daha çox olduğu üçün vərəm xəstəliyi ilə bağlı əlilliyin qiymətləndirilməsində aydınlaşdırlmalı və yenidən baxılmalı hallar olduğu üçün və deyilənlərlə yanaşı hazırda mövcud olan “Vərəm ilə mübarizə haqqında” Azərbaycan Respublikasının qanununun təkminləşdirilməsi barədə və eləcə də “Pasient hüququları haqqında” qanunun uzun illərdir ki, dinləməyə çıxarılmaması ilə bağlı məlumatlar verib. Həmçinin bu kimi məsələlərin təkliflər zərfi kimi müvafiq strukturlara çatdırlmasının zəruriliyi bildirib.
Qeyd edək ki, III Respublika Forumunu müxtəlif xəstəliklərlə məşğul olan ixtisaslaşmış təşkilatları özündə birləşdirən Pasiyent Təşkilatları İttifaqı təşkil etmişdir. Pasiyent Təşkilatları İttifaqının məqsədi, dövlət səhiyyə qurumlarına dəstək olmaq, müxtəlif xəstəliklərin müalicəsində müasir yanaşmaları təbliğ etmək və ən əsası milli genofondumuzun sağlam olmağına nail olmaqdır.
Pərvanə Fərhadqızı












