“Baku Decides” Gənclərin I İqlim Danışıqları” beynəlxalq konfransının açılış mərasimi baş tutub.
QHT.az xəbər verir ki, açılış mərasimində Rezident Əlaqələndirici Vladanka Andreeva çıxış edərək BMT-nin Azərbaycandakı nümayəndəliyinin iqlimlə bağlı fəaliyyətin sürətləndirilməsi üçün gənclərlə işi davam etdirməyə sadiq olduğunu vurğulayıb.
Dörd gün davam edəcək tədbirdə dünyada və Azərbaycanda ekoloji mühitin sağlamlaşdırılması, beynəlxalq layihələr və proqramlar vasitəsilə milli potensialın gücləndirilməsi, gənclərin iştirakçılığının artırılması sahəsində beynəlxalq təcrübənin tətbiqi barədə müzakirələr aparılacaq.
Konfransda ətraf mühit, ekologiya, kənd təsərrüfatı, enerji və iqlim dəyişiklikləri sahələrində fəaliyyət göstərən 70-dən çox yerli, xarici dövlət qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.
Pərvanə Fərhadqızı
















