Gənc oğlan Sberbankın Moskva yaxınlığındakı filialında fişəng qutusunu partladıb.
QHT.az xəbər verir ki, bu gün səhər Moskva yaxınlığındakı Ximkidə Sberbank filialında fişəng qutusu partlayıb.
19 yaşlı moskvalı oğlan saxlanılıb. O, telefon zənglərindən bezdiyini və onlardan qurtulmaq üçün partlayış törətdiyini izah edib.
Gənc həbs olunub. Partlayış nəticəsində xəsarət alan olmayıb.
Pərvanə Fərhadqızı












